Quran və Sünnədə ticarət

2018.10.20    394

Quran və Sünnədə ticarətdən bəhs olunması onun əhəmiyyətini göstərir. Qurani Kərimə gəlincə, ticarət kəlməsi yeddi surədə doqquz dəfə işlənmişdir. Həmin ayələr aşağıdakılardır:

Uca Allah  buyurur: “Onlar, doğru yolu verib az­ğın­lığı satın almış kimsə­lər­dir. Amma onların ticarəti qa­zanc gə­tir­mədi və özləri də doğ­ru yola yö­nəl­mədilər.” (əl-Bəqərə, 16) Ayədə göstərilir ki, ticarətdə Allahın razılığı olmazsa, həmin ticarət sahibinə ziyan gətirər. Küfr və nifaq əhli də, dünyanı axirətdən üstün tutduqlarına görə onların ticarəti qazanc gətirməyəcək.

Həmçinin buyurur: “...Şa­hidlər şa­hid­lik et­məyə çağırıl­dıq­da boyun qaçır­ma­sın­lar. Az da olsa, çox da olsa, həmin məbləği və onun vax­tını yaz­maq­dan usan­ma­yın. Bu, Allah ya­nın­da daha ədalətli, şa­hid­lik üçün daha düzgün və şüb­həyə düşməməyiniz üçün daha mü­na­sib­dir. Yalnız ara­nızda ge­dən nağd ticarət istis­nadır. Bunu yaz­ma­mağınız isə sizin üçün gü­nah deyil­dir. Al­ver etdikdə şahid tutun...” (əl-Bəqərə, 282) Bu ayədə isə dünyavi ticarətdən söhbət gedir.

Üçüncü ayə isə belədir: “Ey iman gətirənlər! Qar­şı­lıqlı ra­zılıqla aparılan ticarət is­tis­na olmaqla mal­larınızı öz ara­nız­da haqsız yerə ye­məyin və bir-bi­ri­nizi məhv etməyin. Hə­qiqə­tən, Allah sizə qarşı rəhm­lidir.” (ən-Nisa, 29) Ticarət kəlməsi ruzi qazanmağın ən əsas səbəblərindən hesab olunduğu üçün ayədə xüsusi olaraq vurğulanır.

Digər ayədə isə Uca Allah  buyurur: “De: “Əgər atalarınız, oğul­larınız, qardaşlarınız, zöv­cə­lə­ri­niz, yaxın qo­humlarınız, qa­zan­dı­ğınız mallar, iflasa uğ­ra­ma­sın­dan qorxduğunuz alış-veri­şi­niz və bə­yəndiyiniz məs­kən­lər sizə Allah­dan, Onun El­çi­sindən və Onun yo­­lunda ci­had­dan daha əziz­dir­sə, Allah Öz əmrini verincəyə qədər gözlə­yin. Allah günah­kar­la­rı doğru yola yönəlt­məz.” (ət-Tövbə, 24) Ayədə göstərilir ki, ticarət və dünya sevgisi, insana Allahdan və Onun Rəsulundan - səllallahu aleyhi və səlləmdən - daha sevimli olmamalıdır.

Beşinci ayədə buyurulur: “O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr et­mək­dən, na­maz qılmaq­dan və zəkat verməkdən ya­yın­dır­mır. On­lar qəlb­lərin və göz­lə­rin çev­ri­lə­cəyi bir gündən qor­xurlar.” (ən-Nur, 37) Ayə sübut edir ki, insanı Allahız zikr etməkdən və ibadətdən uzaqlaşdıran ən əsas səbəblərdən biri ticarətdir.

Bir başqa ayədə Rəbbimiz buyurur: “Allahın Kitabını oxu­yan­lar, na­maz qılanlar və özlərinə ver­di­yi­miz ru­zilərdən gizli və aş­kar xərcləyənlər sə­mərəsiz ol­ma­ya­caq bir ticarətə ümid edirlər ki, Allah onlara mükafatla­rı­nı tam olaraq versin, üstəlik də on­la­ra Öz lüt­fünü artırsın.” (Fatir, 29) Ayədə mal-dövlətin Allah yolunda xərclənməsinin xeyirli bir ticarət olduğu qeyd olunur ki, bu da, ticarətdən əldə olunan gəlirin əsas məqsədlərindən biridir.

Yeddinci ayə isə belədir: “Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edə­cək bir ti­carəti sizə bil­dirim­mi? Allaha və Onun Elçisinə iman gətirin, Allah yolunda ma­lı­nız və canı­nızla cihad edin. Bilsəniz, bu sizin üçün nə qə­dər xe­yir­li­dir.” (əs-Saff, 10-11) Burada ticarət kəlməsi itaət və savab əldə etmək mənasında işlənmişdir. Çünki tacir ticarətlə məşğul olub mal-dövlət əldə etmək istədiyi kimi, mömin adam da bu əməlləri etməklə savab əldə etmək istəyir.

Aşağıdakı ayədə isə ticarət kəlməsi iki dəfə zikr olunur: “Onlar ticarət və ya əy­lən­cə gör­dükləri zaman dağılı­şıb ona tə­rəf qaç­dılar və səni min­bərdə ayaq üstə oldu­ğun halda tərk et­di­lər. De: “Allah ya­nın­da qazanacağınız sa­vab əylən­cə­dən də, ti­ca­rət­dən də xeyir­lidir. Allah ən yaxşı ruzi ve­rən­dir.” (əl-Cumuə, 11)

Yuxarıdakı ayələrdən görünür ki, Qurani kərimdə ticarət kəlməsi həm həqiqi alış-veriş mənasında, həm də, savab əldə etmək mənasında işlənir. Hər iki mənada ticarətdə məqsəd qazanc əldə etməkdir.

Peyğəmbərin - səllallahu aleyhi və səlləm - Sünnəsində də, ticarət barədə hədislər olduqca çoxdur. Onlardan bəzilərini qeyd edək:

İmam Tirmizi (1208) və İbn Macənin (2139) “Sunən” əsərlərində, Əbu Səid əl-Xudridən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - demişdir: “Doğrudanışan tacir Qiyamət günü siddiqlər və şəhidlərlə birlikdə həşr olunacaqdır.”

İmam Buxari (19) və Muslimin (532) “Səhih”lərində, habelə, Əbu Davudun “Sunən” (3459) əsərində, Hakim ibn Hazimdən (radiyallahu anhumə!) nəql olunan hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - demişdir: “Ticarət edən iki insan bu işi doğruuq üzərində edər və maldakı qüsuru açıqlayarlarsa, alış-verişləri hər ikisi üçün bərəkətli olar. Yox əgər yalan söyləyər və maldakı qüsuru gislədərlərsə, müəy­yən bir qazanc əldə etmiş olsalar belə, ticarətləri bərəkətini itirər.”

İmam Buxari (57) və Muslimin (1412) “Səhih”lərində, habelə, Əbu Davudun “Sunən” (3436) əsərində, İbn Ömərdən (radiyallahu anhumə!) rəvayət olunan hədisdə isə Peyğəmbər - səllallahu aleyhi və səlləm - demişdir: “Birinizin satışı üzərinə başqası satış etməsin.”

Beləliklə halal ticarət insanlar üçün bu dünyada maddi, axirətdə isə mənəvi sərvət hesab olunur. Bunun müqabilində haram ticarət isə sahibi üçün həm bu dünyada, həm də axirətdə ziyan və xəsarətdən savayı bir şey deyildir. 

Ticarətdə şəri testlər
Biliyini sına
Zəkatın hesablanması qaydasın
Ətraflı
Halal ruzi qazanmağın 17 yolu
  1. Allaha iman gətirmək və Allahdan qorxmaq;
  2. Allaha təvəkkül etmək;
  3. Səbr etmək;
  4. Allaha dua etmək;
  5. Yalnız Allaha möhtac olmaq;
  6. Allaha şükür etmək;
  7. Allahdan bağışlanma diləmək;
  8. Qohumlarla əlaqə saxlamaq;
  9. Allahın verdiyi ruzidən Onun yolunda xərcləmək;
  10. Həcc və ümrə ziyarətini yerinə yetirmək;
  11. Ailə qurmaq;
  12. Hicrət etmək;
  13. Dünyaya könül bağlamamaq;
  14. Dünya işlərini günün birinci yarısında görmək;
  15. Müsəlmanlara yardım etmək;
  16. Faydalı işlərlə məşğul olmaq;
  17. Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) salavat oxumaq;