Ticarət

2017.02.15    377

Islamda ticarət ədəbi. Yaşadığımız bu dünyada fərqli işlərlə məşğul olaraq həyat tərzimizi təmin etməyə çalışırıq. Bu fərqli işlərdən biri də ticarətlə məşğul olmaqdır. Çünki ticarət insan üçün çox karlı bir qazanc qapısıdır. Ticarət düzgün edildiyi zaman qarşı tərəfi aldatmadıqda tacirin həm bu dünyada qazancı olar həm də axirətdə peyğəmbərlərlə siddiqlərlə bərabər olma müjdəsi var. Ticarət düzgün edilmədikdə isə tacir üçün təhlükə olan qul haqqı meydana çıxır. Bu səbəblə ticarətlə məşğul olan qardaşlarımız dinimizin qoymuş olduğu ticarət ədəb və əxlaq prinsiplərini bilməlidirlər. Belə ki, bir ibadəti etmək üçün o ibadətin fərzlərinin sünnətlərinin nə olduğunu bilməmiz gərəkirsə ticarətlə də məşğul olanların ticarətin əsas qanunlarını bilməli dinimizin də ticarətlə əlaqəli ortaya qoyduğu qaydalara riayət etməlidir. Qurani-Kərim və Peyğəmbərimizin hədislərində ticarətlə əlaqəli halal və haramın hədləri göstərilmiş ticarət əxlaqı ilə bağlı ən gözəl qaydalar verilmişdir.

Qurani- Kərimdə Allahu təala buyurur:

Ey iman gətirənlər! Qarşılıqlı razılıqla edilən alış-veriş müstəsna olmaqla, bir-birinizin mallarını haqsız bəhanələrlə (haqsız yerə) yeməyin və özünüzü öldürməyin! O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar.

Dəyərli qardaşlar!!! Ticarətdə bir çox təhlükə vardır. Bu təhlükələrin səbəbi isə ticarət əxlaqına riayət etməməkdən başlayar. Dinimiz ticarətlə məşğul olan qardaşlarımız üçün əxlaq qaydaları qoymuş bu qaydalara riayət edildiyi zaman əldə ediləcək qazanclar və riayət edilmədiyi zaman başa gələbiləcək bəlaları belə aydınlata bilərik. Ticarətdə əsl olan doğruluqdur. Dürüst olmayan, aldadan, yalan söyləyən tacir qısa bir dönəm üçün mənfəət əldə etsə də sonunda zərərin ən böyüyünü dadacaq və iflasa uğrayacaq. Bu iflas sadəcə bu dünyada mal-mülkün bitməsi deyildir. Qul haqqına riayət edilmədiyindən dolayı axirət həyatını da itirmə təhlükəsi ilə üzləşir. Bu səbəblə ayət və hədislərdə ticarətlə məşğul olan insanlardan istənilən ən önəmli məsələ doğruluqdur. Ticarətin ən önəmli xüsuslarından biri də ölçü və çəkidir. Uca Allahın bizlərdən istəmiş olduğu ən həssas mövzulardan biri də ölçü və çəkini doğru dürüst yerinə yetirməkdir. Allah Təala Quranda buyurur: ...(Çəkəndə) düzgün tərəzi ilə çəkin. Bu (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır!

Ticarətdə şəri testlər
Biliyini sına
Zəkatın hesablanması qaydasın
Ətraflı
Halal ruzi qazanmağın 17 yolu
  1. Allaha iman gətirmək və Allahdan qorxmaq;
  2. Allaha təvəkkül etmək;
  3. Səbr etmək;
  4. Allaha dua etmək;
  5. Yalnız Allaha möhtac olmaq;
  6. Allaha şükür etmək;
  7. Allahdan bağışlanma diləmək;
  8. Qohumlarla əlaqə saxlamaq;
  9. Allahın verdiyi ruzidən Onun yolunda xərcləmək;
  10. Həcc və ümrə ziyarətini yerinə yetirmək;
  11. Ailə qurmaq;
  12. Hicrət etmək;
  13. Dünyaya könül bağlamamaq;
  14. Dünya işlərini günün birinci yarısında görmək;
  15. Müsəlmanlara yardım etmək;
  16. Faydalı işlərlə məşğul olmaq;
  17. Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) salavat oxumaq;