Müsəlman tacirin əxlaqi keyfiyyətləri (4-cü məqalə)

2019.07.18    49

Müsəlman tacirin əxlaqi keyfiyyətləri

(4-cü məqalə)

(əvvəli öncəki məqalədə)

13 – Hər bir halda Allahı çoxlu zikr etmək: Müsəlman tacirin gərək dili hər zaman Allahı zikr etməklə islaq qalsın. Gərək o, namazdan sonrakı zikrləri, səhər-axşam zikrlərini, səfər zikrlərini və digər zikrləri davamlı şəkildə etsin. Peyğəmərin (sallallahu aleyhi va səlləm) sünnəsində varid olmuş zikrləri etməklə o, Uca Allahın razılığını qazanmış olacaqdır. Uca Allah buyurur: Bunlar, iman gətirənlər və qəlb­lə­ri Allahı zikr etməklə ra­hat­lıq ta­pan­lardır. Bilin ki, qəlblər ancaq Allahı zikr et­məklə ra­hat­lıq tapır.” (ər-Rəd, 28) Həmçinin buyurur: “Səhər-axşam ürəyində yal­va­ra­raq və qorxaraq, səsini qal­dır­ma­dan Rəbbini yad et və qafil­lərdən olma.” (əl-Əraf, 205)   Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Uca Allah buyurur: “Mən qulumun barəmdəki zənni yanındayam, Məni yad etdikcə onun­la­yam. O Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O mə­ni camaatın yanında yad edərsə, Mən onu onlardan daha xeyirli bir top­lu­mun (mələklərin) yanında yad edərəm. O Mənə bir qarış yaxınlaşsa, Mən ona bir ərəş yaxınlaşaram. O Mənə bir ərəş yaxınlaşsa, Mən ona bir qulac ya­xın­laşaram. O Mənə doğru yeriyərək gəlsə, Mən ona doğru yüyü­rərək gə­lə­rəm.” Hədisi Buxari (7405) və Muslim (2067) rəvayət etmişdir. Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “İki kəlmə vardır ki, onlar dil üçün xəfif, mizanda isə ağır, ər-Rəhman üçün isə sevimlidir: “Allah pak və müqəddəsdir! Allaha həmd ol­sun!, Əzəmətli Allah Nöqsansızdır.” Hədisi Buxari (6406) və Muslim (2072) rəvayət etmişdir.

14 – Hər bir işdə doğru danışmaq: Allahla, insanlarla doğru danışaraq əmanəti öz sahibinə vermək müsəlman tacirin əsas şüarlarından biridir. Uca Allah buyurur: “Həqiqətən, Allah sizə əma­nətləri sahiblərinə qaytar­manızı və insanlar ara­sında hökm verər­kən ədalətlə hökm vermənizi əmr edir.” (ən-Nisa, 58). Həmçinin buyurur: “Ey iman gətirənlər! Allah­dan qorxun və düz danı­şan­lar­la bir­likdə olun.” (Tövbə, 119). Həkim ibn Hizam (radiyallahu ənhu) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Alıcı və satıcı bir-birindən ayrılanadək ixtiyar sahibidirlər. Əgər onlar düz danışar və aydın­lıq gəti­rərlərsə, alış-verişləri bərəkətli olar. Əgər (nəyi isə) gizlədər və yalan da­nışarlarsa, alış-verişlərinin bərəkəti gedər.” (əl-Buxari, 2079)

15 – Allah yolunda malından xərcləmək: Hörmətli tacir dostum, insanın Allah yolunda öz malından xərcləməsi həm dünya, həm də axirət üçün xeyir gətirən bir ticarətdir. Odur ki, çalış bacardığın qədər öz malından Allah yolunda xərcləyəsən. Bunun da bir çox yolları vardır, misal üçün məscid tikdirmək və ya təmir etdirmək, yetim və yoxsullara əl tutmaq, faydalı kitabları yaymaq, Ramazan ayında oruc tutanlara iftar vermək və s. bil ki, sədəqə insanın savabını və malını artırır. Uca Allah buyurur: “Allahın Kitabını oxu­yan­lar, na­maz qılanlar və özlərinə ver­di­yi­miz ru­zilərdən gizli və aş­kar xərcləyənlər sə­mərəsiz ol­ma­ya­caq bir ticarətə ümid edirlər ki, Allah onlara mükafatla­rı­nı tam olaraq versin, üstəlik də on­la­ra Öz lüt­fünü artırsın.” (Fatir, 29-30) Həmçinin buyurur: “Mallarını Allah yolun­da xərclə­yənlərin məsəli yeddi sün­bül verən bir to­xumun məsə­linə bənzəyir ki, sünbül­lə­rin hər bi­rin­də yüz ədəd dən vardır. Allah is­tə­diyi kimsənin müka­fatını ar­tı­rar. Allah hər şeyi Əhatəedəndir, Bi­lən­dir.” (əl-Bəqərə, 261) Muslimin “Səhih” əsərində Əbu Hureyrədən (radiyallahu ənhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Mal sədəqədən sağalmaz, Allah öz əfvi ilə insanın yalnız izzətini artırar və kim Allah üçün təvazökar olarsa Allah onu ucaldar.” Hədisi Muslim (2588) rəvayət etmişdir. Əziz tacir qardaş, nəbadə şeytanın vəsvəsələrinə uyasan, o sənə deyəcək ki, malını xərcləmə, özündə saxla, öz övladlarının tərbiyəsində istifadə edərsən. Uca Allah bu xüsusda buyurur: “Şeytan sizi yoxsulluqla qor­xu­dur və yaramaz işlər gör­mə­yi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlan­ma və mərhə­mət olu­nacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir.” (əl-Bəqərə, 268)

16 – Ticarət vaxtı güzəşt etmək: Buxarinin “Səhih” əsərində Əbu Hureyradan (radiyallahu ənhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Allah alıb-satdıqda əliaçıq və güzəşt edən kəsi sevər.” Hədisi Buxari (2076) rəvayət etmişdir.Muslimin “Səhih” əsərində Peyğəmbərin zövcəsi Aişədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Şübhəsiz ki, mülayimlik olduğu hər şeyi bəzəyər.” Hədisi Muslim (2594) rəvayət etmişdir.

17 – Çətinlikdə olanlara səbir etmək və onları sıxışdırmamaq: Müsəlman tacirin yiyələnə biləcəyi daha bir xüsusiyyət çətinlikdə olanlara qarşı səbirli olmaqdır. Uca Allah buyurur: “Əgər borclu olan adam ağır şə­rait içindədirsə, onun və­ziy­yəti düzələ­nə qədər ona möh­lət verin. Bilin ki, borcu bağış­lamaq si­zin üçün daha xe­yir­lidir.” (əl-Bəqərə, 280)  Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (radiyallahu ənhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu alyhi va səlləm) demişdir: “Bir tacir var idi, insnalara borc verərdi, çətinlikdə olan birisini gördükdə uşaqlarına deyərdi ki, onunla işiniz yoxdur, ola bilsin ki, Allah buna görə bizi bağışlaya. Allah da onları bağışlamışdı.” Hədisi Buxari (2078) və Muslim (1562) rəvayət etmişlər.

18 – Şəri vəsiyyət yazmaq: İnsan harada və nə zaman öləcəyini bilmir. Odur ki, gərək müsəlman tacir öz vəsiyyətini yazıb kimə nə qədər borcunun olduğunu və kimlərin ona borcu olduğunu bildirməlidir ki, nə öz haqqı batsın, nə də insanların. Uca Allah buyurur: “Həqiqətən, o Saat haq­qında elm yalnız Allahdadır. Yağışı O yağ­dırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bi­lə bil­məz; heç kəs harada öləcə­yini də bil­məz. Allah isə, şüb­hə­siz ki, Biləndir, Xəbər­dardır.” (Loğman, 34) Buxari və Muslimin “Səhih” əsərlərində İbn Ömərdən (radiyallahu ənhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu alyhi va səlləm) demişdir: “Müsəlmana vacibdir ki, yatdıqda vəsiyyətini yazmış olsun.” Hədisi Buxari (2738) və Muslim (1627) rəvayət etmişlər.

Sonda Uca Allahdan diləyirik ki, bizləri xeyirli işlər görməyə müvəffəq etsin.

Ticarətdə şəri testlər
Biliyini sına
Zəkatın hesablanması qaydasın
Ətraflı
Halal ruzi qazanmağın 17 yolu
  1. Allaha iman gətirmək və Allahdan qorxmaq;
  2. Allaha təvəkkül etmək;
  3. Səbr etmək;
  4. Allaha dua etmək;
  5. Yalnız Allaha möhtac olmaq;
  6. Allaha şükür etmək;
  7. Allahdan bağışlanma diləmək;
  8. Qohumlarla əlaqə saxlamaq;
  9. Allahın verdiyi ruzidən Onun yolunda xərcləmək;
  10. Həcc və ümrə ziyarətini yerinə yetirmək;
  11. Ailə qurmaq;
  12. Hicrət etmək;
  13. Dünyaya könül bağlamamaq;
  14. Dünya işlərini günün birinci yarısında görmək;
  15. Müsəlmanlara yardım etmək;
  16. Faydalı işlərlə məşğul olmaq;
  17. Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) salavat oxumaq;