Tacirin əxlaqı (2)

2019.03.29    220

Müsəlman tacirin əxlaqi keyfiyyətləri

(2-ci məqalə)

(əvvəli öncəki məqalədə)

5 – Tacir olan kəs iman gətirməlidir ki, bütün məxluqatın ruzisini verən Allahdır. Uca Allah buyurur: “Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir. Göyün və yerin Rəbbinə and ol­sun ki, bu vəd sizin da­nış­ma­ğa qüd­rə­ti­niz olduğu ki­mi hə­qiqətdir.” (əz-Zariyat, 22-23). Həmçinin buyurur: “Yer üzündə elə bir canlı yox­dur ki, onun ruzisini Allah ver­mə­sin. Allah on­ların qərar tutduqları yeri də, qorunub sax­­la­nıl­dıq­la­rı yeri də bilir. Bunla­rın ha­mısı açıq-aydın Yazı­da­dır (Lövhi-məh­­fuz­dadır).” (Hud, 6). Əbu Nueym Əbu Uməmədən (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə dediyini rəvayət etmişdir: “Müqəddəs ruh mənə bildirdi ki, heç bir nəfs ruzisini əldə etməyincə əcəlini haqlamayacaqdır. Odur ki, Allah dan qorxun və Ondan gözəl şəkildə diləyin. Sizlərdən birinin ruzisinin azalması onu Uca Alaha asi olacaq əməllərlə ruzi istəməyə vadar etməsin. Onun ruzisi yalnız itaətlə əldə olunur.” Səhih hədisdir. (Səhih əl-Cami, 2085) Həmçinin Təbərani Əbu Dərdadan (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi va səlləm) belə dediyini rəvayət etmişdir: “Ruzi insanı əcəldən daha çox axtarır.”Həsən hədisdir. (Səhih əl-Cami, 1630).

6 – Dini elmlərə yiyələnmək və ticarətin əhkamını öyrənmək: Müsəlman tacir gərək əqidəsini və ibadətini  düzəldə biləcək səviyyədə Allahın dinini öyrənsin. Bir çox alimlər ticarətlə məşğul olmuşlar. Həmçinin tacir olan kəs gərək ticarətin əhkamlarını da öyrənsin. Xüsusən də özünün məşğul olduğu ticarət növünün incəlikləri barədə elm əhlinə sual verib öyrənməlidir, habelə ticarət zamanı şübhəli məsələlərdən və haram işlərdən uzaq durmalıdır. Bununla da o, həm Allah yanında, həm də insanların yanındakı məqamını yüsəltmiş olacaqdır. Uca Allah buyurur: “Allah da sizdən iman gətirən­lərin və öz­lərinə elm ve­rilmiş kimsə­lə­rin dərə­cələrini ucaldar. Allah nə et­dik­ləriniz­dən xəbərdardır.” (əl-Mücadilə, 11) Həmçinin buyurur: “Həqiqətən də Allahdan alimolan kəslər qorxar.” (Fatir, 28). Buxari və Muslimin “Səhih” əsərlərində Müaviyə ibn Əbu Sufyandan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Allah kimə xeyir bəxş etmək istəsə onu dində fəqih edər.” (əl-Buxari, 71; Muslim, 1037).

7 -  Tacir öz içşilərinin seçimində diqqətli olmalıdır: Müsəlman tacir öz köməkçilərini və işçilərini seçərkən diqqətli olmalı, onların doğru əqidədə olmalarına, namaz əhlindən olmalarına, sadiq, əmanəti qoruyan olmalarına diqqət yetirməlidir. Çünki insan hər zaman öz ətrafındakılardan təsirlənir.  Tirmizinin “Sünən” əsərində Əbu Səid əl-Xudridən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Yalnız möminlə dostluq et, qoy yalnız təqvalı adamlar sənin yeməyini yesin.” Həsən hədisdir. Albaninin “Səhih ət-Tirmizi” əsəri, 1952-ci hədis. Həmçinin Əbu davudun “Sünən” əsərində Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Kişi öz dostunun dinindədir, odur ki, kiminlə dostluq etdiyinizə diqqət edin.” Həsən hədisdir. (Albaninin “Səhih Əbu Davud” əsəri, 4046-cı hədis).

8 – Uca Allaha istixarə etmək və əməlisaleh adamlarla məsləhətləşmək: Müsəlman tacir gərək hər bir işində Uca Allaha istixarə etsin və işin əməlisaleh mütəxəssisləri ilə məşvərət etsin. Peyğəmbər (sallallahu aleyhi va səlləm) öz səhabələrinə istixarə etməyi öyrədərdi. Cabir ibn Abdullah (radiyallahu ənhu) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) Qurandakı surələri bizə öyrətdiyi kimi istixarə duasını da bizə öyrədib deyərdi: «Sizdən biriniz bir işə başlamaq istədikdə fərz namazlarından əlavə iki rükət namaz qılsın və desin: Allahummə inniy əstəxiyrukə bi ilmikə, və əstəqdirukə bi qudratikə, və əs'əlukə min fadlikəl-azım, fəinnəkə təqdiru və lə əqdir, və tə'ləmu və lə a'ləm, və əntə alləmul-ğuyub. Allahummə in kuntə tə'ləmu ənnə həzəl-əmra xayrun liy fi diyniy və məaşiy və aqibəti əmriy, acilihi və əcilihi – fəqdurhu liy və yəssirhu liy, summə bərik liy fiyhi. Və in kuntə tə'ləmu ənnə həzəl-əmra şərrun liy fi diyniy və məaşiy və aqibəti əmriy, acilihi və əcilihi – fasrifhu anniy, vəsrifniy anhu, vəqdur liyəl-xayra heysu kənə, summə ardıniy bihi.
“Allahım! Səndən Öz elminlə mənə kömək etməyi və Öz qüdrətinlə mənə qüdrət verməyi diləyirəm. Səndən, Sənin böyük lütfünü diləyirəm. Sənin (hər şeyə) qüdrətin çatır, mənimsə qüdrətim çatmır, Sən (hər şeyi) bilirsən, mən isə bilmirəm. Qeybləri bilən Sənsən. Allahım! Bu işin (işin adını çəkir) mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – xeyirli olduğunu bilirsənsə onu mənə nəsib et, asanlaşdır, sonra da onu mənim üçün bərəkətli et. Bu işin mənim dinim, yaşayışım və aqibətim üçün – yaxud deyir: dünyam və axirətim üçün – zərərli olduğunu bilirsənsə, onu məndən, məni də ondan uzaq et! Harada olsa, mənə xeyir nəsib et, sonra məni ondan razı sal!” (Səhih əl-Buxari, 6382).

 

(ardı var)

Ticarətdə şəri testlər
Biliyini sına
Zəkatın hesablanması qaydasın
Ətraflı
Halal ruzi qazanmağın 17 yolu
  1. Allaha iman gətirmək və Allahdan qorxmaq;
  2. Allaha təvəkkül etmək;
  3. Səbr etmək;
  4. Allaha dua etmək;
  5. Yalnız Allaha möhtac olmaq;
  6. Allaha şükür etmək;
  7. Allahdan bağışlanma diləmək;
  8. Qohumlarla əlaqə saxlamaq;
  9. Allahın verdiyi ruzidən Onun yolunda xərcləmək;
  10. Həcc və ümrə ziyarətini yerinə yetirmək;
  11. Ailə qurmaq;
  12. Hicrət etmək;
  13. Dünyaya könül bağlamamaq;
  14. Dünya işlərini günün birinci yarısında görmək;
  15. Müsəlmanlara yardım etmək;
  16. Faydalı işlərlə məşğul olmaq;
  17. Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) salavat oxumaq;