Kişi və ya qadın vəfat etdikdə, mal-dövlətinin üçdən bir hissəsini və ya ondan azını oğulluğa və ya qızlığa götürdüyü uşağa hədiyyə verə bilər.

2017.02.01    290

Oğulluğa və ya qızlığa götürülmüş uşağı atasından başqa heç kəsə mənsub etmək olmaz. Peyğəmbər (səlləllahu əleyhi və alə alihi və səlləm) Zeyd ibn Harisi oğulluğa götürmüşdü. Buna görə də ona Zeyd ibn Muhəmməd deyirdilər. Sonra Uca Allah bunu qadağan etdi: “Muhəmməd aranızdakı kişilər­dən heç birinin atası de­yildir.”1

Kişi və ya qadın vəfat etdikdə, mal-dövlətinin üçdən bir hissəsini və ya ondan azını oğulluğa və ya qızlığa götürdüyü uşağa hədiyyə verə bilər.

Oğulluğa və qızlığa götürülmüş uşaq, vəlisi vəfat et­dikdən sonra onun mal-dövlətinə varis ola bilməz.

Uşaq varislərdəndirsə ölənin mirasından ona da dü­şür.

Kişi oğulluğa götürdüyü uşağın arvadı ilə, yalnız oğulluğu onu boşadıqdan sonra evlənə bilər. Zeyd ibn Haris arvadı Zeynəbi boşadıqdan sonra Peyğəmbər (səlləllahu əleyhi və alə alihi və səlləm) onunla evlənmişdir: “Zeyd zövcəsini boşadıqda səni onun­la evləndirdik ki, oğul­luq­ları övrətlərini bo­şadıqları za­man o qadınlarla evlən­mək­də möminlərə heç bir sıxıntı ol­masın. Allahın əmri mütləq ye­rinə yetəcəkdir.”2

Kişiyə doğma oğlunun boşadığı arvadı alması ha­ramdır. Uca Allah buyurur: “Sizə... öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək... haram edildi.”3

Yalnız aşağıdakı hallarda hər hansı şəxsi atasından qeyrisinə mənsub etmək olar:

  • Əzizləmək məqsədilə kiməsə “oğlum” deyə mü­raciət etmək olar.
  • Məcburiyyət qarşısında.

Atası məlum olmayan uşaq anasına mənsub olun­malıdır.

________________________

1 əl-Əhzab, 40.

2 əl-Əhzab, 37.

3 ən-Nisa, 23.

Ticarətdə şəri testlər
Biliyini sına
Zəkatın hesablanması qaydasın
Ətraflı
Halal ruzi qazanmağın 17 yolu
  1. Allaha iman gətirmək və Allahdan qorxmaq;
  2. Allaha təvəkkül etmək;
  3. Səbr etmək;
  4. Allaha dua etmək;
  5. Yalnız Allaha möhtac olmaq;
  6. Allaha şükür etmək;
  7. Allahdan bağışlanma diləmək;
  8. Qohumlarla əlaqə saxlamaq;
  9. Allahın verdiyi ruzidən Onun yolunda xərcləmək;
  10. Həcc və ümrə ziyarətini yerinə yetirmək;
  11. Ailə qurmaq;
  12. Hicrət etmək;
  13. Dünyaya könül bağlamamaq;
  14. Dünya işlərini günün birinci yarısında görmək;
  15. Müsəlmanlara yardım etmək;
  16. Faydalı işlərlə məşğul olmaq;
  17. Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) salavat oxumaq;