Peyğəmbərin (salləllahua aleyhi va səlləm) səhabələrinin və ardıcıllarının ticarəti

2019.01.01    783

Peyğəmbərin (salləllahua aleyhi va səlləm) səhabələrinin və ardıcıllarının ticarəti

 

Peyğəmbərin (salləllahu aleyhi va səlləm) ticarəti barədə aşağıdakıları söyləmək olar:

  1. 1) Peyğəmbər (sallallahu aleyhi va səlləm) hələ peyğəmbər göndərilməmişdən öncə əmisi Əbu Taliblə birlikdə ticarət etmişdi. Sonra o, Xədicə (radıyallahu anhə) üçün də ticarət etmiş, Şama səfər etmişdi. Bundan əlavə o, Məcna və Ukaz kimi bazarlarda da ticarətlə məşğul olmuşdu. O zaman tacirlər al-ver məqsədi ilə həmin bazarlara üz tuturdular.
  2. 2) Peyğəmbər (sallallahu aleyhi va səlləm) özü şəxsən alıb satardı. Bu barədə Ömərin (radıyallahu anhu) və Cabirin (radıyallahu anhu) dəvələri barədə varid olmuş hədislərdə qeyd olunur. Hərdən də, o, səhabələrindən birinə nəyisə alıb-satmaq barədə tapşırıq verərdi. Urva bin Əbu Cəad əl-Bariqi (radıyallahu anhu) demişdir: Bir dəfə Peyğəmbər (sallallahu aleyhi va səlləm) qurbanlıq  qoyun almaqdan ötrü mənə bir dinar verdi. Mən də iki qoyun aldım, birini bir dinara satıb bir qoyun və bir dinarı Peyğəmbərə (sallallahu aleyhi va səlləm) gətirdim. Peyğəmbər (sallallahu aleyhi va səlləm) mənim bu ticarətimə bərəkət dilədi. Bundan sonra mən torpaq belə aldıqda qazanc əldə edərdim. (Hədisi Tirmizi (1258), Əbu Davud (3384) və İbn Macə (2402) rəvayət etmiş və Albani “Səhih Tirmizi” əsərində onun səhih olduğunu bildirmişdir.
  3. 3) Peyğəmbər (sallallahu aleyhi va səlləm) tacirlərə yaxşılıq etməyi, doğru danışmağı və sədəqə verməyi əmr edərdi.

a) Həkim ibn Hizam (radıyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi va səlləm)  belə dediyini rəvayət etmişdir: “Alıcı ilə satıcı ayrılanadək ixtiyar sahibidirlər. Onlar doğru danışdıqları və hər şeyi açıqladıqları müddətdə onların ticarətinə bərəkət verilər. Yox əgər aldadıb nəyisə gizlətmiş olsalar, o zaman ticarətlərinin bərəkəti gedər.” Hədisi Buxari (1973) və Muslim (1532) rəvayət etmişdir.

b) İsmayıl ibn Ubeyd ibn Rifaa atasından, o da babasından rəvayət edir ki, bir dədə o, Peyğəmbərlə  (sallallahu aleyhi va səlləm) birlikdə namazgaha getmişdi. Orada insanların ticarət etdiklərini gördük. Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: “Ey ticarətçilər!”  İnsanlar Rəsulullahın bu çağırışına cavab verərək, ona tərəf boylanıb gözlərini ona dikdilər. Peyğəmbər (sallallahu aleyhi va səlləm)  dedi: “Allahdan qorxan, yaxşılıq edən və düzgün danışanlar istisna olmaqla, tacirlər Qiyamət günü günahkarlar kimi diriləcəklər.”

Hədisi Tirmizi (1210) və İbn Macə (2146) rəvayət etmiş, Albani də onun “Səhih ət-Tərğib” əsərində (1785) səhih olduğunu bildirmişdir.

c) Qeys ibn Əbi Ğarzə (radıyallahu anhu) demişdir. Peyğəmbər (sallallahu aleyhi va səlləm)  belə deyərdi: “Ey tacirlər, şübhəsiz ki, ticarət zamanı yaramaz sözlər və lüzumsuz andlara yol verdikdə bunun əvəzində sədəqə verin.” Hədisi (Tirmizi (1208), Əbu Davud (3326), Nəsai (3797) və İbn Macə (2145) rəvayət etmiş, Albani də “Səhih Əbu Davud” əsərində onun səhih olduğunu bildirmişdir.

4) Peyğəmbər (sallallahu aleyhi va səlləm) alış-veriş zamanı bağışlamağı və asanlaşdırmağı əmr edərdi.

Cabir ibn Abdullahdan (radıyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Aldıqda, satdıqda və borcun qaytarılmasını tələb etdikdə asanlaşdıran kəsə Allah rəhm edər” əl-Buxari (1970).

İbn Həcər (Allah ona rəhmət eləsin) demişdir: “Hədis müamələ zamanı bağışlama, yüksək əxlaqi keyfiyyətlərə yiyələnmə, mübahisədən çəkinmə, tələb etdikdə insanları sıxışdırmama və insanlarla xoş rəftar etməyə dəlildir.” Fəthul-Bari, (4/307).

Başqa bir hədis isə belədir:

İbn Ömər (radıyallahu anhumə) demişdir: Bir dəfə biz Peyğəmbərlə (sallallahu aleyhi va səlləm) birlikdə səfərdə idik, mən Ömərə məxsus sürətli bir atın üzərində idim. Hərdən gəlib camaatı keçirdim deyə Ömər qəzəblənir və onu geri qaytarırdı. Yenə irəli keçdikdə, Ömər məni geri qaytarırdı. Birdən Peyğəmbər (sallallahu aleyhi va səlləm) Ömərə dedi: “Onu mənə sat.” Ömər dedi: Sənin oldu, ey Allahın rəsulu. Peyğəmbər (sallallahu aleyhi va səlləm) yenə dedi: “Onu mənə sat.” Beləcə o, atı aldı, sonra dedi: “Ey Abdullah ibn Ömər, at oldu sənin, nə istəyirsən et.” əl-Buxari (2610).

Cabir ibn Abdullahdan (radıyallahu anhu) rəvayət olunan hədisdə deyilir ki, bir dəfə o, özünə məxsus yorulmuş bir dəvənin üzərində gedirdi. O, onu dincəlməsi üçün buraxmaq istədi. Bu zaman Peyğəmbər (sallallahu aleyhi va səlləm) mənə gəlib çatdı, mənim üçün dua etdi və dəvəni vurdu. Bundan sonra dəvə əvvəlkindən daha yaxşı yeriməyə başladı. Sonra Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: “Bunu mənə bir qab dirhəmə sat.” Mən dedim: Yox. O, yenə dedi: “Sat onu mənə.” Beləcə mən əhlim üçün nəzərdə tutduğum yükü götürməklə onu bir qab dirhəmə satdım. Biz gedib mənzil başına çatdıqda gətirib dəvəni ona təhvil verdim, o da onun pulunu mənə verdi. Mən geri qayıtdıqda o, mənim yanıma adam göndərib dedi: “Elə bilirsən səninlə al-ver etməkdə məqsədim dəvəni almaq idi? Götür dəvə də sənin olsun, dirhəmlər də.”

əl-Buxari (1991), Muslim (715). Ləfz Muslimə məxsusdur.

  1. 5) Peyğəmbər (sallallahu aleyhi va səlləm) haqq sahiblərinin haqqının özlərinə verilməsinin tərəfdarı idi və insanları da buna təşviq edirdi.
  2. Əbu Hureyrə (radıyallahu anhu) demişdir: Bir kişi Peyğəmbərə (sallallahu aleyhi va səlləm) borca bir yaşlı dəvə vermişdi. Sonra o, gəlib borcunu istədikdə Peyğəmbər buyurdu: “Verin ona.” Onlar bir yaşlı dəvə axtarıb tapmadılar və yaşca daha böyük dəvə tapdılar. Peyğəmbər dedi: “Verin ona.” Kişi dedi: Borcumu ödədin. Allah səni qorusun. Peyğəmbər dedi: “Ən xeyirliləriniz borcu gözəl şəkildə ödəyənlərinizdir.” Buxari (2182), Muslim (1601).
  3. 6) Peyğəmbər (sallallahu aleyhi va səlləm) peşman olana malını qaytarmağa təşviq edərdi.
  4. Əbu Hureyrə (radıyallahu anhu) demişdir: Peyğəmbər (sallallahu aleyhi va səlləm) demişdir: “Kim peşman olmuş kəsə (malını və ya pulunu) qaytararsa Allah qiyamət günü onun çətinliklərdən qurtarar.”
  5. Əbu Davud (3460), İbn Macə (2199). Albani Səhih Əbu Davud əsərində hədisin səhih olduğunu bildirmişdir.
  6. Ümumiyyətlə mal aldıqdan və ya satdıqdan sonra peşman olan kəsə malını və ya pulunu qaytarmaq insanın qəlbinin geniş olmasının göstəricisidir.
  7. İqalə nədir: Bir nəfər gəlib başqasından bir mal alır, sonra isə onu aldığına peşman olur. Bunun səbəbi aldadılması da ola bilər, ehtiyacının olmaması da, pulunun olmaması da. Beləcə o, gəlib malı satan şəxsə qaytarır. Satıcı da onu qəbul edir. Belə edən kəsin Allah qiyamət günü əziyyətlərini aradan qaldıracaqdır.
  8. Ovnul-Məbud əsərinə bax.
  9. 6) Peyğəmbər (sallallahu aleyhi va səlləm) insanların mallarını əllərindən almaz, əksinə onlarla al-ver edərdi. Bu barədə Cabirin (radıyallahu anhu) dəvəsi hədisində qeyd olundu.
  10. Suveyd ibn Qeys (radıyallahu anhu) demişdir: Mən Məxramə əl-Abdi ilə birlikdə Hacardan Məkkəyə bez gətirmişdik. Bir dəfə Rəsulullah (sallallahu aleyhi va səlləm) piyada bizim yanımıza gəldi və bizdən libas aldı. Biz də ona satdıq.
  11. Hədisi Tirmizi (1305) həsən səhih olaraq, Əbu davud (3336), Nəsai (4592) və İbn Macə rəvayət etmişdir.
  12. 7) Peyğəmbər (sallallahu aleyhi va səlləm) çəkinin ağır gəlməsinə əmr edərdi.
  13. Suveyd ibn Qeys (radıyallahu anhu) demişdir: Bir dəfə Peyğəmbər (sallallahu aleyhi va səlləm) gördü ki, bir kişi tərəzidə bərabər çəkir. Bu zaman Peyğəmbər (sallallahu aleyhi va səlləm) buyurdu ki: “Artıq çək.”
  14. Bu hədis əvvəlki hədisin ardıdır.
  15. 8) Peyğəmbər (sallallahu aleyhi va səlləm) çətin vəziyyətdə olan kəsə güzəşt etməyi buyurmuşdur.
  16. Əbul-Yusr (radıyallahu anhu) demişdir: Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurmuşdur: Kim çətin vəziyyətdə olana güzəşt edərsə, Allah onu kölgəsində kölgələndirər.”
  17. Muslim (3006)
  18. 9) Həmçinin Peyğəmbər (sallallahu aleyhi va səlləm) sələmlə iş görməyi, əl-Ğarar ticarətini, əl-İynə ticarətini, haram buyurulmuşlarla ticarət etməyi, həmçinin aldatmağı və hiylə gəlməyi dəqadağan etmişdir. Bu xüsusda varid olmuş dəlillər olduqca çoxdur.
  19. Peyğəmbərin (sallallahu aleyhi va səlləm) nə cür ticarət etməsinin təfsilatı barədə əlimizdə dəlillər yoxdur. Çünki o, cahiliyyət dövründə ticarətlə məşğul olmuşdur. O zaman isə o, peyğəmbər deyildi deyə insanlar onun əməllərini bir-birlərinə danışmırdılar. Peyğəmbərin (sallallahu aleyhi va səlləm) sünnəsində nəql olunmuş dəlillər bizim üçün kifayətdir.
Ticarətdə şəri testlər
Biliyini sına
Zəkatın hesablanması qaydasın
Ətraflı
Halal ruzi qazanmağın 17 yolu
  1. Allaha iman gətirmək və Allahdan qorxmaq;
  2. Allaha təvəkkül etmək;
  3. Səbr etmək;
  4. Allaha dua etmək;
  5. Yalnız Allaha möhtac olmaq;
  6. Allaha şükür etmək;
  7. Allahdan bağışlanma diləmək;
  8. Qohumlarla əlaqə saxlamaq;
  9. Allahın verdiyi ruzidən Onun yolunda xərcləmək;
  10. Həcc və ümrə ziyarətini yerinə yetirmək;
  11. Ailə qurmaq;
  12. Hicrət etmək;
  13. Dünyaya könül bağlamamaq;
  14. Dünya işlərini günün birinci yarısında görmək;
  15. Müsəlmanlara yardım etmək;
  16. Faydalı işlərlə məşğul olmaq;
  17. Peyğəmbərə (səlləllahu aleyhi və səlləm) salavat oxumaq;