"Zəkatın hesablanması"

Zəkat vermək hər bir var-dövlətli, azad müsəlman üçün vacibdir.
Əldə edilən, yığılmış malın zəkatını vermək üçün onun üzərindən bir il keçməli və ilin tamamında zəkat çıxardılmalıdır.
Dənli bitkilər (buğda, arpa, düyü və s.), habelə, saxlanılması mümkün olan meyvələrin (qoz, fındıq, şabalıd, badam və s.) zəkatı yığım günü verilməlidir.
Zəkat malı dörd qismə bölünür:
1) mal-qara, 2) qızıl və gümüş, 3) bitkilər, 4) ticarət malı.
Zəkat verilən insanlar səkkiz qismə bölünür:
1) yoxsul, 2) miskin, 3) zəkatı yığıb paylayan, 4) ürəyi islama isinişib bağlanan, 5) azad ediləcək kölə, 6) borclu olan, 7) Allah yolunda cihad edən, 8) pulu qurtarıb yolda qalan müsafir (Bax: «Tövbə» surəsi, 60).
1. Mal-qaranın zəkatı:
Dəvə (erkək və ya dişi, qoca və ya cavan heyvan olması heç bir əhəmiyyət kəsb etmir)
Sayı |
Çıxarılan zəkatın miqdarı |
|
|
5-dən 9-a qədər |
1 qoç |
10-dan 14-ə qədər |
2 qoç |
15-dən 19-a qədər |
3 qoç |
20-dən 24-ə qədər |
4 qoç |
25-dən 35-ə qədər |
1 ədəd 1 illik dişi dəvə |
36-dan 45-ə qədər |
1 ədəd 2 illik dişi dəvə |
46-dan 60-a qədər |
1 ədəd 3 illik dişi dəvə |
61-dən 75-ə qədər |
1 ədəd 4 illik dişi dəvə |
76-dan 90-a qədər |
2 ədəd iki illik dişi dəvə |
91-dən 120-yə qədər |
3 ədəd üç illik dişi dəvə |
Dəvələrin sayı 121 və ondan çox olarsa hər 40 dəvəyə 1 ədəd 2 illik dişi dəvə və hər 50 dəvəyə 1 ədəd 3 illik dişi dəvə zəkat verilir.
Öküz (erkək və ya dişi, qoca və ya cavan heyvan olması heç bir əhəmiyyət kəsb etmir)
Sayı |
Çıxarılan zəkatın miqdarı |
|
|
30 maldan |
1 ədəd 1 illik dişi və ya erkək mal |
40 maldan |
1 ədəd 2 illik dişi mal |
50 maldan |
1 ədəd 2 illik dişi mal |
Malın sayı 60 və ya ondan çox olarsa, hər 30 maldan 1 ədəd 1 illik dişi və ya erkək və hər 40 maldan 1 ədəd 2 illik dişi mal zəkat verilir.
Qoç (erkək və ya dişi, qoca və ya cavan heyvan olması heç bir əhəmiyyət kəsb etmir)
Sayı |
Çıxarılan zəkatın miqdarı |
|
|
40-dan 120-yə qədər |
1 qoç |
121-dən 200-ə qədər |
2 qoç |
201-dən 300-ə qədər |
3 qoç |
Qoyunların sayı 300 keçərsə, hər yüz qoyuna bir ədəd qoç zəkat verilir.
2. Bitkilərin zəkatı:
Bitkinin növü |
Çıxarılan zəkatın miqdarı |
|
|
Yağış, çay və s. təbii sularla özbaşına sulanan bitkilər |
Yığılan məhsulun ondan bir hissəsi |
Sahibi tərəfindən (onun zəhməti ilə) sulanan bitkilər |
Yığılan məhsulun ondan bir hissəsinin yarısı |
612 kq və ondan artıq miqdarda olan bitkilərdən zəkat verilir. Bundan az miqdarda olduqda isə zəkat düşmür.
Qeyd: tərəvəz və saxlanılması mümkün olmayan meyvələrdən zəkat verilmir.
3. Qızıl və gümüşün zəkatı:
Miqdarı |
Çıxarılan zəkat |
|
|
20 misqal (85 qram) və daha çox qızıla |
Ümumi miqdarın qırxdan bir hissəsi, yəni 2.5% |
200 dirhəm (595 qram) və daha çox gümüşə |
Ümumi miqdarın qırxdan bir hissəsi, yəni 2.5% |
Bundan az miqdarda olan gümüş və qızıla zəkat düşmür.
4. Ticarət malından da, qızıl və gümüş kimi bir ilin tamamında malın ümumi dəyərinin qırxda bir hissəsi zəkat verilir.